Türkiyənin Azərbayacandakı səfiri Cahit Bağçı ölkəmizin Tehrandakı səfiriliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun yas mərasiminə qatılıb.
Bizim.Media xəbər verir ki, bu barədə diplomat rəsmi “Twitter” hesabında paylaşım edib.
“Hərbi attaşemiz, müşavirlərimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərov üçün qurulmuş yas çadırının yanında dayanıb, atası Rızvan Əsgərova, əmisi və yaxınlarına başsağlığı verdik. Türkiyə hər zaman Azərbaycanın yanındadır və yanındadır”- deyə paylaşımda qeyd edilib.
Follow @7timesaz