“Hakimiyyətdən yeganə istəyim odur ki, mənə mane olmasın”.
7Times.az xəbər verir ki, bu sözləri “Post TV”-yə müsahibəsində Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev deyib.
Bəstəkar ona həmişə “hakimiyyətdən nə gözləyirsən?” sualının verildiyini bildirib.
C.Quliyev bütün bu sualların cavabında tək bir istəyinin olduğunu söyləyib:
“Mən hakimiyyətdən nə zəng gözləyirəm, nə də başqa bir şey. Mənim yeganə istəyim odur ki, mənə mane olmasınlar. Mənim yaradıcılığıma, əsərlərimi yazmağıma, onların hazırlanmasına mane olmasınlar. Çox başıma gəlib, əsərlərimi qapadırdılar, müğənnilərə tapşırılırdı ki, onun mahnılarını efirə gətirməyin. Ömrümün yarıdan çoxunu yaşamışam. Mənə bundan sonra dəstək olsalar nə olar, olmasalar nə olar? Bu, mənim həyatımda heç bir şeyi dəyişdirməyəcək”.
Həmin verilişi təqdim edirik:
Follow @7timesaz