Sosial

Şabranda çayxanaya gedən şəxslər polis şöbəsinə gətirildi – FOTO

Şabranda çayxanaya gedən şəxslər polis şöbəsinə gətirildi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran polisi rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıb. 

DİN-in Mətbuat Xidmətindən 7times.az-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.