Ölkə

Cəbhəyanı rayonlarda mərmilər aşkarlandı – ANAMA

Cəbhəyanı rayonlarda mərmilər aşkarlandı – ANAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 1-i ANAMA Ağcabədi, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 14 (on dörd) müraciət daxil olub.

ANAMA-dan 7times.az-a verilən məlumata görə, daxil olmuş 14 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Qaradolaq, Hacılar kəndləri, Füzuli rayonunun Arayatlı, Alxanlı, Şükürbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc kəndi, Şah, Şıxarx, Narlıq qəsəbələri və Ş.İ.Xətai küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd idarə olunan raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 41 ədəd partlamış mərmi qalıqları aşkar olunub.