Gündəm

Cəbrayılda “Ağılı tingçilik” ərazisində 200-dən çox şam ağacı əkilib

Cəbrayılda “Ağılı tingçilik” ərazisində 200-dən çox şam ağacı əkilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayılda “Ağıllı tingçilik” ərazisində meşə-park kompleksinin salınması məqsədilə media nümayəndələrinin iştirakı ilə 200-dən artıq şam ağacı əkilib.

7Times.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis əvəzi Cabbar Qəribov deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun işğaldan azad edilən ərazilərdə bu ildən yerli mütəxəssislər işləri davam etdirəcək və 2026-cı ilin sonuna qədər yekunlaşdırılacaq. 2021-ci ildə qəbul edilən tədbirlər planına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə bir sıra ikitərəfli işlərin həyata keçirilməsinə başlanılıb. Ümumilikdə 105 ha ərazi ANAMA mütəxəssisləri tərəfindən mina və partlamamış sursatdan təmizlənib.

C.Qəribov əlavə edib ki, tinglikdə qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcək:

“Burada il ərzində ümumilikdə yerli iqlim şəraitində uyğunlaşdırılmış 2 milyon müxtəlif tingin yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionunun meşə fondu torpaqlarında meşələrin salınmasına və yaşıllaşdırılmasına dəstək məqsədi ilə istifadə edilməsi planlaşdırılıb”.