“Bir neçə videoda qarşıma çıxdı. Şəhidlərimizin dəfnində Fars ağzı ilə İranın ideoloji rituallarını bilərəkdən qabardan dəstələr peyda olur. Bunlara müvafiq qurumlarımız diqqət yetirməlidir”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Millət vəkilinin sözlərinə görə, həmin adamları məqsədyönlü şəkildə ora göndərirlər.
“Bu şəhidlərin qatili yalnız erməni deyil ki… Bəs ermənilərə açıqca dəstək verənlər qatil deyillər? “Dindaşımız, soydaşımız, qardaşımız ermənilərə toxunanlar bizim qırmızı xəttimizi keçirlər” deyənlər o şəhidlərimizin qatili deyilmi? Şəhidimizə ağlayanda da azərbaycanlı kimi ağlamalıyıq! Artıq şəhidi son mənzilə qürurla, alqışla uğurlayan bir xalq formalaşıb, bu obrazda da davam etməliyik… O məğrur Azərbaycanın şəhid atasının Vətən haqqında söylədiyi şeir nə qədər möhtəşəm idi. Cəhənnəm olub gedin erməniyə yalaqlıq edən ağalarınızın yanına. Heç olmazsa şəhidimizin dəfnini murdarlamayın” – Fazil Mustafa deyib.
Follow @7timesaz