Ölkə

Çempionat sona çatdı: Çempion “QOÇAQLI” – FOTOLAR

Çempionat sona çatdı: Çempion “QOÇAQLI” – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz rayonunda futbol üzrə şimal birinciliyinə yekun vurulub
Xaçmaz rayonunda Milli Qəhrəman Yavər Şahbazovun və şəhidlərimizin xatirəsinə həsr edilən futbol üzrə Şimal birinciliyinə yekun vurulub.
Birincilikdə Xaçmazın müxtəlif şəhər, qəsəbə və kəndlərini təmsil edən 22 komanda ilə yanaşı Quba və Qusar rayonundan olan komandalarda iştirak edib.Ümumilikdə 24 komanda qalib adı uğrunda mübarizə aparıb. Bir aya yaxın davam edən yarışın final qarşılaşmasında Xaçmazın “Qoçaqlı” və Qusarın “Şirvanovka” komandaları üz-üzə gəlib. Qoçaqlı kənd stadionunda keçirilən final matçını Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon sakinləri izləyib. Beş minə yaxın tamaşaçının iştirakı ilə keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtdada qalib müəyənləşmədiyindən tərəflər on bir metrlik cərimə zərbələri ilə mübarizəyə yekun vurub. Penaltilərdə daha dəqiq olan “Qoçaqlı” komandası turnirin qalibi olub. Sonda qalib komandaya medal, kubok və həvəsləndirici mükafatlar təqdim olunub.
Qeyd:Bir ay bütün şimal regionunda əsl futbol abu-havası yaşandı,futbol həyacanı yaşandı.Təşkilatçılara təşəkkür edirik.Qalib olan Qoçaqlının futbol komandasını təbrik edirik.

     
Ülvi
7Times.az