Cəmiyyət

Cənnətdə ilk doğum günün mübarəkdi ŞƏHİDİM

Cənnətdə ilk doğum günün mübarəkdi ŞƏHİDİMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kəşfiyyatçısı və snayperçisi Mustafayev Samir Azər oğludur.

7times.az xəbər verir ki, Mustafayev Samir Azər oğlu 3 mart 2000-ci ildə Xaçmaz rayonunun Qaracəlli kəndində doğulub. Ailənin tək övladı idi.

O, 29 oktyabr 2020-ci ildə cəbhənin Ağdərə istiqamətində gedən ən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldıb. Samir Mustafayev Xaçmazın Qarəcəlli kəndində dəfn olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid (MAHHXHQ) əsgər Mustafayev Samir Azər oğlu (ölümündən sonra) ”Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Müşfiq Qərib

7times.az