Dünya

Çexiya hər il 4 minə qədər ukraynalı hərbçiyə təlim keçməyi planlaşdırır

Çexiya hər il 4 minə qədər ukraynalı hərbçiyə təlim keçməyi planlaşdırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya 2024-cü ilin sonuna qədər 4 minə qədər ukraynalı hərbçi hazırlamaq və sonrakı illərdə də bu rəqəmi eyni səviyyədə saxlamaq niyyətindədir.

7Times.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında dərc edilmiş Çexiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişində deyilir.

Sənədi iki ölkə liderləri Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində imzalayıblar.

“İştirakçılar 2024-cü ildə və o cümlədən ondan sonra da, lakin müstəsna olaraq Aİ-nin Ukrayna üzrə Hərbi Təlim Missiyası çərçivəsində olmadan, hər il 4 minə qədər ukraynalı hərbçiyə təlim keçmək ambisiyasını bölüşürlər”, – sazişdə deyilir.

Çexiya və Ukrayna həmçinin birgə hərbi-texniki əməkdaşlıq layihələri hazırlamaq niyyətində olduqlarını da bildiriblər.