Ölkə

Ciddi bahalaşma gözlənilir – Ən az devalvasiya qədər təhlükəli olan başqa proses gedir

Ciddi bahalaşma gözlənilir – Ən az devalvasiya qədər təhlükəli olan başqa proses gedirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə və Rusiyada milli valyutalarla bağlı maraqlı proseslər gedir. Hər ölkədə proseslərin öz səbəbləri var”.

7times.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

“ürkiyədə lirənin tarixi minunun səviyyəyə düşməsinin (bu gün 1 dollar 9,62 lirəyə qədər bahalaşdı) bir neçə səbəbi var:

1) Türkiyənin xarici ticarətdə mənfi saldosu,

2) Turizmdən gələn gəlirlərin kəskin azalması,

3) Və ən əsası, Türkiyə prezidenti Ərdoğanın Mərkəzi Bankın müstəqilliyinin əlindən alması.

Rusiyada rublun ciddi dəyər qazanmasını görürük, bu gün bir dollar 69 rubla qədər ucuzlaşdı, bunun da 2 əsas səbəbi var:

1) Dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artması, neftin, qazın bahalaşması,

2) Rusiya Mərkəzi Bankının ard-ardına faiz artımına getməsi, uçot dərəcəsini artırması.

Məntiqlə, Azərbaycana Türkiyədən gətirilən mal-məhsullar ucuzlaşmalı, Rusiyadan gətirilənlər isə bahalaşmalıdır. Məmləkətdə məntiq adlı məvhum işləmədiyinə görə Türkiyədən gələn məhsullar ucuzlaşmayacaq, amma Rusiyadan gələn mal-məhsulların ciddi bahalaşmasını görəcəyik.

Bizdə məzənnə siyasi, inzibati məfhum olduğuna, əmrlə məzənnə təyin edildiyinə görə, hələ ki, dəyişməyəcək, çünki neft bahadır, amma ölkədə, ən az devalvasiya qədər təhlükəli olan başqa proses gedir – manatın alıcılıq qabiliyyəti kəskin aşağı düşür. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi insanların real gəlirlərinin kəskin azalmasına səbəb olur, bu isə kasıblığı dərinləşdirən əsas faktorlardan biridir” – ekspert qeyd edib. Pravda.az