Dünya

Cinlə evləndiyini deyən qadından ürpədici sözlər: “İllər əvvəl ölmüş əsgər…”

Cinlə evləndiyini deyən qadından ürpədici sözlər: “İllər əvvəl ölmüş əsgər…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brokard adlı yazar hərbçi cinlə evli olduğunu iddia edib.

7Times.az Kanal.az-a istinadən  xəbər verir ki, dedikləri ürpədici olan Brokard cinin onu öldürəcəyindən qorxduğunu bildirib.

Cinlə evli olduğunu söyləyən Brokard adlı qadının dedikləri təəccüb yaradıb. 38 yaşlı yazar bir cinlə evli olduğunu və onun hərbçi olduğunu söyləyib. Brokard yanına aparmaq üçün onu öldürəcəyindən qorxur.

Küləkli gecələrdə yuxuya getməkdə çətinlik çəkdiyini deyən Brokard Viktoriya dövründə yaşayan bir cinin belə gecələrdən birində onun yanına gəldiyini iddia edib. O, Eduardo adlı cinin 35 yaşında ölən Viktoriya dövrünün əsgəri olduğunu söyləyib.

İlk baş çəkməsindən sonra Brokard vaxtaşırı gəlməyə davam edən Eduardoya aşiq olduğunu da qeyd edib. Uşaqlıqdan bəri paranormal hadisələrə inanmadığını deyən qadın yaşadıqlarının qorxu filmlərində gördüklərindən fərqli olduğunu iddia edib.

Brokard illər əvvəl də bir qarabasma ilə qarşılaşdığını deyib:

“Eduardonu görəndə ürəyimdə istilik hiss etdim. Otaqda kiminsə olduğunu duydum, amma ətrafa baxanda kimsəni görmədim. Otağı işıqlandırmaq üçün yatağımın yanındakı lampaya əlimi uzadanda kimsə mənə mane oldu. O an qulağıma məni sevdiyini dedi. Məhz o zaman sevginin nə demək olduğunu anladım”.

Eduardonun varlığının onu xoşbəxt etdiyini söyləyən Brokard aralarındakı bağın güclü olduğunu qeyd edib. Bu bağın bəzən qorxu yaratdığını söyləyən qadın yanına aparmaq üçün onu öldürəcəyindən narahatdır. / Teleqraf.com