Maraqlı

Cinsi ayrıseçkilik beynin fəaliyyətini pozur

Cinsi ayrıseçkilik beynin fəaliyyətini pozurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni araşdırmaya görə, uşaqlıqda cinsiyyətə görə fərqli münasibət və davranışlara məruz qalan qadınların beyni daha zəif formada inkişaf edir.

Dünyanın müxtəlif ölkələrindən nevroloqlar, psixoloqlar və psixi sağlamlıq mütəxəssisləri bu barədə tədqiqat aparıblar.

Araşdırmada, 29 ölkədən 7 min 876 adamın sağlamlıq məlumatları təhlil edilib. Tədqiqatda ölkələrin gender ayrı-seçkiliyi, bərabərsizlik göstəriciləri də müzakirə edilib.

Nəticəyə görə, bərabərsizlik göstəricisi yüksək olan ölkələrdən olan qadınların üç beyin bölgəsi daha zəif inkişaf edib.

Araşdırma müəllifləri bildirib ki, bərabərsizlik göstəricisi artdıqca beynin sözügedən hissələrinin incəlməsi də artır.

Qeyd edək ki, tədqiqat “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.