Dünya

CNN: G7 Rusiyanın dondurulmuş səhmlərindən Ukraynaya 50 milyard dollar ayıracaq

CNN: G7 Rusiyanın dondurulmuş səhmlərindən Ukraynaya 50 milyard dollar ayıracaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 ölkələrinin liderləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə olunmaqla Ukraynaya 50 milyard dollar kreditin verilməsinə dair razılaşmanı elan etmək niyyətindədir.

7Times.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, danışıqlar aparan tərəflər sövdələşməni elə strukturlaşdırıblar ki, bütün iştirakçı ölkələr riskləri bölüşsünlər.

“Bu kredit əsasən Birləşmiş Ştatlar tərəfindən veriləcək və Avropadan gələn pullarla tamamlanacaq”, – mənbə deyib.

Qeyd olunur ki, Rusiya səhmlərindən əldə edilən mənfəət ehtiyacları ödəmək üçün kifayət etməyəcəyi təqdirdə ölkələr xərclərin necə bölüşdürüləcəyini müzakirə edirlər.