Ölkə

Coşqun Əliyev onları direktor təyin etdi – FOTOLAR

Coşqun Əliyev onları direktor təyin etdi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıbaba Əliyev adına Quba şəhər 1-saylı tam orta məktəbinin direktor vəzifəsinə təyinat olub.

“7Times.az” xəbər verir ki ,Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin əmri ilə bu vəzifəyə Habil Bayramlı təyin edilib.O,bundan əvvəl Amsar kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Coşqun Əliyevin digər əmri ilə İbad Bayramov Quba şəhər 6 saylı tam orta məktəbinə direktor təyin edilib.Həmin təhsil müəssisəsinin keçmiş direktoru Üzeyir Muradlı isə Quba rayon Dağlı kənd orta məktəbinə direktor təyin edilib.

Bundan başqa Sultanov Elşad Siyəzən şəhər 1-saylı orta məktəbinə,Azad Tağiyev Xudat şəhər 1-saylı məktəbinə,Gülnar Hüseynova isə Xaçmaz şəhər 9-saylı tam orta məktəbinə direktor təyin edilib.Gülnar Hüseynova bundan əvvəl Xaçmaz rayon Hülövlü kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Gülay Həsənova

7Times.az