Dünən evdən çıxan 33 “COVID-19” xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 7times.az-a verilən məlumata görə, dekabrın 17-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 33 aktiv “COVID-19” xəstəsi müəyyən olunaraq saxlanılıb.
Onlardan 29 nəfər tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar, 4 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib. 22 nəfər barəsində cinayət qanunvericiliyinə uyğun olaraq cinayət işi başlanılıb.
Follow @7timesaz