Cəmiyyət

Daha bir Şəhidimizin qız övladı dünyaya gəldi

Daha bir Şəhidimizin qız övladı dünyaya gəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda Şəhid övladı dünyaya gəlib.

7times.az xəbər verir ki, Vətən müharibəsində şanlı qələbəmizi bizə yaşadan şəhidlərimizdən biri Fərid Seyfullayevin ruhu bu gün çox şaddır.

2020-ci il oktyabr ayının 11-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olan Fərid Xeyrulla oğlu Seyfullayevin bu gün qız övladı dünyaya gəlib.

Bildirilir ki, Xaçmaz rayon mərkəzi xəstəxanasının doğum şöbəsində dünyaya gələn uşağın çəkisi 3 kiloqramdır. Şəhidin xanımı, 23 yaşlı Ağabacı Şəfi qızı Seyfullayevanın və körpənin səhhətləri normaldır.

TƏBİB-in Xaçmaz rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru Səyyaf Tağıyev saytımıza məlumatında bildirib ki, ana və körpə özlərini çox yaxşı hiss edirlər.

Qeyd edək ki, Vətən Müharibəsi Şəhidi, xüsusi təyinatlı Fərid Seyfullayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçisi olub. Modern.az