Maraqlı

Dahi rəssamlardan 10 əxlaqsız tablo

Dahi rəssamlardan 10 əxlaqsız tablobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dahi rəssamlardan 10 əxlaqsız tablo. Çoxları müasir incəsənəti əxlaqsızlıqda və sujet xəttinin olmamasında günahlandırır. Lakin, zamanla qarşıya tarixi əsərlər və ya tanınmış rəssamlar çıxanda hamı nədənsə tənqidlərini gizlədir və hər şey belə daha gözəldir kimi davranır. Bu gün sizi artıq əsrlərdi məşhurluq qazanan və sevilən rəsm əsərləri ilə tanış etmək istərdik. İlk baxışdan əsərlər heç də məsum görünmür.

Bir çox şedevr tabloların altında olduqca məşhur rəssamların adları qeyd edilmişdir. Əminik ki, bu sahə ilə az belə olsa maraqlanan insanlar bəziləri ilə artıq tanışdır. Əlbətdəki, cinslər arasındakı əlaqə və erotika həyatımızın bir hissəsidir. Lakin, şəkillər bəzən insan düşüncələrini qarışdıra bilir. İstənilən halda, hər bir yaradıcı dahi sexi gördüyü kimi ifadə etməyə çalışmışdır.

“Kandavlanın ehtiyyatsızlığı” – William Etty (1830-cu il)

Şəklin tam adı “Lidiya şahı Kandavl gizlin şəkildə həyat yoldaşını yatağa uzanarkən cangüdənlərinin birinə, Qiquyaya göstərməsi”-dir. Tarixi mənbələrə və əfsanələrə görə Lidya şahı Kandavl öz həyat yoldaşı Nisin gözəlliyinə o qədər vurulur ki, bu xöşbəxtliyi hiss etməsi üçün öz cangüdəni Qiquya qadının soyunarkən gizlin-gizlin güdməyi təklif edir.

Lakin, nisa Qiqunu görür və bu zaman ya özünü, ya da Kandabvlanı öldürməsini tələb edir. Qiqu seçim etməkdə tərəddüt etsə də, sonda şahı öldürür və onun yerini tutur.

XIX əsr üçün tablonun ideyası kifayət qədər navator sayağı yanaşma hesab edilirdi. Etty sadəcə bununla qadın hüquqlarını müdafiyə etmək istəyir və onlara qarşı kobud olanların cəzasının ölüm hökmü olduğunu vurğulamaq istəyir. Lakin, dəfələrlə bu fikri hər yerdə səsləndirsə də, şəkil istənilən halda əxlaqsızlıq kimi tərənnüm olunmuşdur.

“Leda və qu quşu” – François Boucher (1740-cı il) – Michelangelo (1529-cu il)

Dahi rəssamlardan 10 əxlaqsız tablo 2

Məşhur antik tarixi mənbələrində qeyd edilən Zevs və gözəl Ledanın münasibətləri barədə bir çox dahi rəssamlar açıq-saçıqlığı tərənnüm edən xeyli rəsm əsərləri çəkmişlər. Boucher isə rəssamlar arasında ən fərqli yanaşma sərgiləyən yaradıcı adını qazana bilmişdir. Şəklin sujet xəttinə görə Zevs bu halda qu quşuna çevrilərək sevgilisi Ledanın yanına gəlir.

Şəklin erotik motivləri dəfələrlə intibah dövrünün qəhrəmanlarının diqqətini çəkə bilmişdir.

XVI əsrdə intibah dövrünün üç dahi rəssamı Leonardo da Vinci, Michelangelo və Correggio eyni sujet xətti ilə rəsm əsərləri yaratmışlar. Bu günə qədər yalnız bir əsər qorunub saxlanıla bilinmişdir. Bu şəkil də Orlean hersoqu tərəfindən əsəbi vaxtı bıçaqla zədələnmişdir.

Leonardo bu əsərdə Ledanı qara qu quşu ilə qucaq-qucağa təsvir etmişdir. Bu halda onların yanlarında yumurtadan çxıan körpələr görünür. Şəklin bir neçə nüsxəsi qorunmuşdur. Rəssamın məhs bu formada sevginin və ehtirasın sexual səhnələr olmadan ifadə etmək istəyi yüksək qiymətləndirilir.

Dahi rəssamlardan 10 əxlaqsız tablo 2.2

Michelangelo isə əsərində daha çox təbiiliyin nümayişinə can atmışdır. Belə ki, o Ledanı sexdən sonra deyil, məhs sex zamanı təqdim etmişdir. Açıq formatlı şəkil izləyicini sankı zorakılıqla incəlik arasında düşüncələr yaşamaqla hipnoz edir. Sankı xanım ilk öncə quşun zorakılığı ilə mübarizə aparmaq istəyir, lakin sonradan təslim olur və özünü hislərinə buraxır.

“Avignon qızları” – Pablo Picasso (1907-ci il)

Bu Picassonun “kub dövründə” ərsəyə gələn ilk əsəridir. Rəsmin ilk adı “Fəlsəfi bordel” olmuşdur. Versiyalara görə şəkildə Barselona küçələrinin birində yerləşən bordeldəki mənzərə əks etdirilmişdir. Sankı geyimsiz olan beş qız müxtəlif duruşlarda müştərilərini gözləyirlər.

“Atılmış gəlincik” – Suzanne Valadon (1921-ci il)

Dahi rəssamlardan 10 əxlaqsız tablo 4

Fransalı rəssam dürüst və real şəkildə qadın bədənini tərənnüm etməklə məşhurluq qazanmışdır. Valadonun məişət ortamında qızların və qadınların təsvirini verdiyi bir çox şəkilləri vardır. Lakin, ənçox müzakirə mövzusu olub çaşqınlıq yaradan rəsm əsəri məhs bu əsər hesab edilir.

Şəklin qəhrəmanı uşaq kimi saçına rəngli lent bağlasada, oyuncaqla oynasada, bədəni yetkin qadın bədəni formasında təsvir edilmişdir. Sadəcə yanındakı qadının kimliyi anlaşılmır – onun anasıdır, yoxsa ilk sex üçün qızcığazı hazırlayan bardel sahibəsi?

Rəssamın özü heç bir ipucu vermir. Əsərin tam mahiyyəti aydın olmadığından ona necə münasibət bəsləmək lazım olduğu tam anlaşılmır – əxlaqsızlığın nümayişi, yoxsa dərin fəlsəfi yanaşma.

“Ərəb qadın qul bazarı” – Jean-Léon Gérôme (1866-cı il)

Jean-Léon Gérômenin simasında fransalı rəssamların əsərlərini tanımağa davam edək. Rəssam dəfələrlə yaxın şərqi səyahət etmiş və bu kimi bazarlarda olmuşdur.

Soyunmuş qız imkanlı müştərilərə təqdim edilir. Onun həvəzsiz duruşu və laqeyid baxışları heç bir hüquq sahib olmadığına işarədir. Rəssamın əsərləri adətən ilk baxışdan göründüyü kimi əxlaqsızlığı deyil, sevgi və ehtirası tərənnüm edir.

“Dahi masturbator” – Salvador Dalí (1929-cu il)

Dahi rəssamlardan 10 əxlaqsız tablo 6

Qarşımızda üzü aşağı çevrilmiş deformasiyaya uğramış sima dayanır. Boğaz hissədən qadın bədəni ayırılır. Onun ağzı kişi cinsi orqanına tərəf yönəlir. Çevrilmiş simanın üzərində isə rəssamın çox qorxduğu həşəratlar təsvir edilmişdir.

Rəssamın sözlərinə görə atası günlərin bir günü o uşaq olarkən pianinanın üzərinə şəkillərlə dolu kitab qoyub gedir. Kitabda cinsi xəstəliklərlə bağlı fərqli izahlar verilmiş, nəticələri əks etdirilmişdir. Nəticədə Dali gənclik dövründə belə xeyli müddət sexdən çəkinmiş və qorxmuşdur. Bu səsəbdən də onun rəsimlərində intim mövzular daha çox psixoloji sarsıntı kimi öz əksini tapmışdır.

“Levkippanın qızlarının qaçırılması” – Pieter Paul Rubens (1618-ci il)

Əsərin ilk adı “Levkippanın qızlarının zorlanması” olsa da, şəkildə heçdə qəhrəmanların əzab çəkdikləri hiss olunmur.

Ehtiraslı və aqressiv sujet xətti Zevs və Ledinin oğlanları olan Dioskurax qardaşlarından və Levkippanın qızları Kastore və Polluksedən bəhs edir. Digər oğlanlara söz verilən qızların qaçırılmasından sonra qardaşlar qızın ailəsi ilə dalaşır və qardaşlar öldürülür.

Tənqidçilərin sözlərinə görə rəssamın dini və klassik mövzularda olan əsərlərində çox vaxt açıq-saçıqlığa yol verilir. Rubens insanı olduğu kimi təsvir etməyə çalışırdı. Bunun üçün canlı olaraq insan bədəninə baxmağa belə ehtiyacı olmurdu. Oz fantazyaları və təxəyyülü kifayət edirdi.

“Qarğıdalı sahəsində rahib” – Rembrandt (1646-cı il)

Dahi rəssamlardan 10 əxlaqsız tablo 8

Rembrandt yaradıcılığı ilə tanış olanlar onun adətən intim formada şəkillə çəkmədiyini yaxşı bilirlər. Şəklin ölçüləri də böyük deyil. Kompozisyanın ortasında subaylığına xələl gətirən müqəddəs rahib əks etdirilmişdir. Cütlükdən kənarda isə fermerin əksi görünməkdədir. Bu isə alovlanın sevginin sonluğa çatması mənasını verir.