Danimarkada sentyabrın 10-dan etibarən koronavirusla bağlı tətbiq edilən bütün məhdudiyyətlər ləğv ediləcək.
7Times.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə idarəsinin məlumatında deyilir.
Hazırda Danimarka dünyada ən yüksək vaksinləmə səviyyəsinə malik olan ölkələrdən biridir.
Qeyd edək ki, bu ölkədə 12 yaşdan yuxarı hər 5 vətəndaşdan 4-ü peyvənd olunub. Bu səbəbə görə, hökumət daha COVID-19-u cəmiyyət üçün kritik xəstəlik kimi təsnifatlandırmır.
Hazırda ölkə xəstəxanalarında COVID-19-a yoluxmuş 127 nəfər müalicə alır. İndiyədək 2 min 573 Danimarka vətəndaşı xəstəliyin qurbanı olub.Unikal.org
Follow @7timesaz