Turpun yaxın “qohumu” olan daykon çox dadlı və faydalı tərəvəzdir.
Uzunömürlülüklə məşhur olan yaponlar bi tərəvəzi çox xoşlayır və bişmiş, qızarmış, marinada qoyulmuş və çiy halda çox geniş istifadə edirlər. Həmçinin daykon digər Asiya ölkələrində də çox populyardır.
Çiy daykonun dadı kələmə bənzəyir, çox sulu və dadlıdır.
– Saglamolun.az xəbər verir ki, daykon həzm sistemi üçün çox faydalıdır. Onun tərkibində olan qidalı liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları ziyanlı maddələrdən təmizləyir, qəbizlik zamanı kömək edir, bağırsaqların mikroflorasına müsbət təsir edir.
– Daykon azkalorili məhsuldur. Bu səbəbdən daykonu pəhrizlərə əlavə etmək yaxşıdır.
Daykon detoks məhsul sayılır. Orqanizminizi təmizləmək və cavanlaşdırmaq istəyirsinizsə, qidalanmanıza daykon əlavə edin.
– C vitamini ilə zəngin olan daykon immuniteti və qan damarlarını möhkəmləndirir.
– Daykon fitonsidlərlə zəngindir. Bu maddələr ziyanlı mikrobları öldürür, onların çoxalmasının qarşısını alır, orqanizmdə iltihabları azaldır.
– Daykon qanda “pis” xolesterinin səviyyəsini aşağı salır və bununla da aterosklerozun və ürək-damar sistemi xəstəliklərinin qarşısını alır.
– Kalsiumla zəngin olan daykon sümük, saç və dirnaqlar üçün də çox faydalıdır.
– Daykon ödün ifrazını artırır, “ağır” qidaların həzmini yaxşılaşdırır.
– Daykon şəkərli diabet və revmatizm zamanı da faydalı sayılır.
– Daykon həm qadın, həm kişilərdə cinsi həvəsi artırır, kişilərdə cinsi zəifliyi zamanı kömək edir.
– Daykondan hazırlanmış kosmetik maskalar dərini çox yaxşı ağardır, iltihabları, sızanaqları müalicə edir, dərini təmizləyir və təravətləndirir. Maska resepti: 2 x.q. blenderdən keçirilmiş daykon 1 x.q. kəsmiklə qarışdırılır , təmiz üz dərisinə çəkilir, 20 dəqiqədən sonra yuyulur, qidalandırıcı krem çəkilir.
Follow @7timesaz