Maraqlı

Dələ “Chevrolet”də anbar düzəltdi və mühərriki 70 kiloqram qoz-fındıqla doldurdu – FOTOLAR

Dələ “Chevrolet”də anbar düzəltdi və mühərriki 70 kiloqram qoz-fındıqla doldurdu – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da baş verən hadisə sosial şəbəkələrdə marağa səbəb olub.

7times.az xəbər verir ki, dələ “Chevrolet” markalı avtomobilin mühərrik hissəsində özü üçün əməlli-başlı qış tədarükü görüb. Belə ki, dələ avtomobilin kapotunun altına fındıq anbarı yerləşdirib.

Avtomobilin dörd gün dayanacaqda qalması, dələnin işini rahat görməsi üçün fürsət yaradıb. Bu müddət ərzində balaca heyvan maşının kapotunun altına 70 kiloqramdan çox qoz-fındıq toplamağı bacarıb.

В Северной Дакоте белка спрятала в автомобиле 70 кг - фото - Апостроф

Avtomobilin sahibi mühərriki işə salarkən bir anormallıq olduğunu anlayıb və ustaya müraciət edib. Fındıqları mühərrikin ətrafından toplamaq üçün avtomobilin bir çox hissəsi, həmçinin radiator barmaqlığı, buferi və ön qanadları sökülüb.

Белка спрятала под капотом автомобиля семь вёдер грецких орехов | АВТО INFO

Buna baxmayaraq bütün qoz-fındıqları avtomobildən təmizləmək mümkün olmayıb. Sürücü hələ də mühərriki işə salarkən səs-küy eşitməsindən şikayətlənib. KONKRET.az