Cəmiyyət

“Delfin” balıq evinin icraçı direktoru cərimələndi

“Delfin” balıq evinin icraçı direktoru cərimələndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları ilə birgə sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Nazirliyinin mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, iyulun 1-də bu istiqamətində keçirilən tədbir zamanı Səbail rayonu Şıx çimərliyində yerləşən “Delfin” balıq evində, sahil zolağında çimərlikdə sanitar-gigiyena qaydalarına riayət edilmədiyi aşkar olunub.

Oranın icraçı direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi (istehsalat və məişət tullantıları haqqında qanunverciliyin pozulması) ilə protokol tərtib edilib.