Ölkə

Deputat Əlisa Nicatla bağlı paylaşım etdi

Deputat Əlisa Nicatla bağlı paylaşım etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial şəbəkələrdə neçə gündür ki, Əlisa Nicat barədə yazırlar. Onun 100 kitabın müəllifi olduğu bildirilir. Azərbaycan bəlkə də barmaqla sayılacaq ölkələrdən biridir ki, kitablar və elmi məqalələrin sayı önəm kəsb edir. Bir dəfə Çingiz Abdullayev demişdi ki, Tolstoya çatmağıma bir cild qalıb.  Sonradan deyəsən Tolstoyu ötdü”.

“7Times.az” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev qeyd edib. O bir neçə gündür ki, sosial şəbəkədə müzakirə mövzusuna çevirilən yazıçı Əlisa Nicatala bağlı fikirlər söyləyib:

“Nobel mükafatı laureatı Bernarda Şounun bütün əsərləri 6 cild təşkil edir. Nobel mükafatı laureatı Knut Hamsunun bütün əsərləri 6 cild təşkil edir. Nobel mükafatı laureatı Romen Rollanın və Hüqonun bütün əsərləri 15 cild təşkil edir. Herbert Uelsin və Con Qolosoursinin bütün əsərləri 15 cild təşkil edir. Şekspirin bütün səsrləri 8 cild təşkil edir.  Siyahını uzada bilərəm. Ancaq Leninin əsərləri 55 cild təşkil edir.  Bununla yanaşı bütün yazıçılar neçə cild əsər yazsalar da bir ya iki şah əsərləri olur. Bu da böyük önəm kəsb edir. Bir maraqlı məqamı d a qeyd edim. Yazıçıların 1-ci və sonuncu əsərlərini müqayisə edin. Dünyagörüşün dəyişməsinin əsərə təsirini görəcəksiniz”.

Qeyd edək ki, “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun tanınmış yazıçı-filosof Əlisa Nicatın maddi vəziyyəti ilə bağlı paylaşımı müzakirələrə səbəb olub. Onun acınacaqlı durumda yaşaması və qaz pulunu ödəyə bilməməsi birmənalı qarşılanmayıb.