Gündəm

Deputat Goranboyda məktəb kollektivi ilə görüş keçirdi – FOTOLAR

Deputat Goranboyda məktəb kollektivi ilə görüş keçirdi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Yolqullar kənd orta məktəbində müəllim kollektivi ilə görüş keçirib.
Müəllim kollektivi ilə görüş zamanı təhsil sahəsindəki mövcud problemlərin aradan qaldırılması, qarşıda duran hədəflər, müəllim və şagirdləri narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.
Çıxış edən müəllimlər Yolqullar kənd orta məktəbinin qazla təmin olunması ilə bağlı millət vəkilinə müraciət ediblər.
Görüşdən sonra Anar Məmmədov məktəbdə qazanxana və istilik sistemi ilə bağlı problemin qısa vaxtda öz həllini tapacağına müəllimləri əmin etmişdir.