Ölkə

Deputat həyəcan təbili çaldı: “Bu rayonda koronavirusa yoluxma pik həddə çatıb”

Deputat həyəcan təbili çaldı: “Bu rayonda koronavirusa yoluxma pik həddə çatıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əziz həmyerlilərim, hər yerdə olduğu kimi, Şəmkirdə də koronovirusa yoluxma pik həddini yaşayır. Özumüzü, ailəmizi qorumaq sadəcə maska taxmaqdan, məsafə qorumaqdan və əllərimizi təmiz saxlamaqdan keçir. Kütləvi tədbirlərdən, yas məclislərindən, qonaqlıqlardan, qonaq getməkdən uzaq durmağa çalışın”.

7times.az xəbər verir ki, bu barədə Milli Məclisə Şəmkirdən deputat seçilən Sona Əliyeva sosial şəbəkədə yazıb.

Millət vəkili rayonda tanıdığı çox adamın infeksiyaya yoluxduğunu vurğulayıb, hamını qaydalara riayət etməyə səsləyib:

“Rayonda tanıdığım çox adam infeksiyaya yoluxub, arasında rəhmətə gedənlərdə var. Əsasən həkimlər və tibb işçiləri yoluxmaqdadır. Ona görə də vəziyyətin ciddiliyini nəzərə almağınızı, özunuzu, ailənizi və cəmiyyətimizi qorumağa çalışın. Pandemiya bitməsə, sağlığınız da, qazancınız da təhlükədədir”.