Biləsuvar rayonundan seçilmiş deputat Bəhruz Məhərrəmov ötən gün axşam saatlarında qəbul keçirib.
7times.az-ın məlumatına görə, bu barədə deputat özü bildirib.
Onun sözlərinə görə, qəbul zamanı elektrik enerjisinin verilişi kəsilib.
Beləliklə, qəbulu axşam saatlarına təyin edən B.Məhərrəmov işıqların sönməsinə baxmayaraq görüşü davam etdirib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Biləsuvar şəhəri ərazisində elektrik enerjisinin verilişi 15 dəqiqəyə yaxın kəsilib. Report
Follow @7timesaz