Ölkə

Deputat üzr istədi: “Bu səhvi özümə heç cür bağışlaya bilmirəm”

"Az sonra sözü gedən tvitin saxta olduğunu görərək öz paylaşmamı pozdum".

Deputat üzr istədi: “Bu səhvi özümə heç cür bağışlaya bilmirəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Burada (“Facebook”da-red) işğal altındakı daha bir rayonumuzun azad olunmasıyla bağlı tvit paylaşılmışdı. Həddən artıq sevindiyimdən və tvit formaca tam bundan öncəkilərə bənzədiyinə, onu paylaşanları isə ciddi biriləri saydığıma görə əlavə araşdırma aparmadan tez-tələsik öz sevincimi sizinlə də bölüşmək istədim. Ancaq az sonra sözü gedən tvitin saxta olduğunu görərək öz paylaşmamı pozdum”.

7times.az-ın xəbərinə görə, bu barədə deputat Sahib Alıyev məlumat yayıb.

“Neçə il informasiya ilə işləmiş bir adam kimi bu səhvi özümə heç cür bağışlaya bilmirəm və hər kəsdən üzr istəyirəm” – S.Əliyev qeyd edib.