Cəmiyyət

Deputat Vüqar Bayramovun mindiyi təyyarədə nasazlıq YARANDI

Deputat Vüqar Bayramovun mindiyi təyyarədə nasazlıq YARANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Vüqar Bayramovun mindiyi təyyarədə nasazlıq yaranıb.

Bu barədə 7times.az-a deputatın özü bildirib.

O qeyd edib ki, təyyarə bu gün Türkiyə saatı ilə saat 16.20-də İstanbuldan Milan şəhərinə uçmalı idi:

“Təyyarəyə minik bitdikdən sonra motor çalışmaları başladı, amma uçuşa başlarkən təyyarədə texniki problemlərin olduğu bəlli oldu. Uçuş xəttində olan təyyarə texniki xidmət bölümünə aparıldı. 2 saatlıq yubanma ilə texniki baxışdan sonra təyyarə havaya qalxa bildi. Hazırda TK 1875 saylı reys ilə Milana doğru uçuş həyata keçirilir”.