Cəmiyyət

Deputatdan gənclər arasında “patı”nın istifadəsi ilə bağlı AÇIQLAMA

Deputatdan gənclər arasında “patı”nın istifadəsi ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son vaxtlar gənclər arasında “patı”, “şüşə” adlanan narkotik vasitədən istifadə halları artmaqdadır. Bu, ciddi narahatlıq törətməlidir”.

7times.azın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, cinayət qanunvericiliyində digər tədbirlər fonunda narkotik vasitələrin gətirilməsinə görə cəzalar sərtləşdirilməlidir: “Cəzaların sərtləşdirilməsi hər zaman həll yolu deyil. Amma biz bunu etməliyik. Bu zəhərin bizə daha çox hansı ölkədən gəldiyi bəllidir. Biz buna qarşı cəzaları mütləq sərtləşdirməliyik. Necə ola bilər ki, narkotik keçirən şəxslər öz dövlət sərhədində bir dəfə olsun tutulmur? Onlar bu zəhəri ölkəmizə gətirirlər, tutulurlar, ekstradisiya edilirlər, amma nəticə dəyişmir”.