Milli Məclisin deputatları Ramin Məmmədov və Şahin Seyidzadənin təşəbbüsü ilə Abşeron və Sabirabad rayonlarında yaşayan şəhid və qazi ailələrinin övladları 1 İyun – Beynəlxalq uşaqların müdafiəsi günü münasibəti ilə gəzintiyə çıxarılıb.
7times.az-ın məlumatıan görə, “Yeni Gündəm” xəbər verir ki, 50 saylı Abşeron-Qobustan və 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə deputatlar Vətən müharibəsi şəhidləri və qazilərinin övladları ilə 1 İyun tarixində Bakı şəhərinə səfər keçirmişdir. İlk öncə Fəxri Xiyaban, daha sonra Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət edilmiş, həmçinin Bakı Kitab Mərkəzində Bəhram Bağırzadə ilə uşaqların görüşü həyata keçirilmişdir.
Follow @7timesaz