“Qiymət artımı ən çox dərman qiymətlərində hiss olunur. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir”.
7Times.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.
Parlamentari dərmanlarını Türkiyədən gətizdirdiyini deyib:
“Türkiyədə və burada olan dərmanların qiymətində 7-8 dəfə fərq var. Mən başa düşürəm yol, daşıma xərcləri var. Lakin fərq bu qədər olmamlıdır. Bu, əhalini ən çox narahat edən problemdir”.
Follow @7timesaz