2021-ci il 15 fevral tarixindən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla ənənəvi formada bərpa olunacaq.
7times.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bundan başqa, xüsusi məktəblərdə dərslər (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla keçiriləcək.
Follow @7timesaz