Cəmiyyət

DİM bu gün qəbul imtahanı keçirəcək

DİM bu gün qəbul imtahanı keçirəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirəcək.

Mərkəzdən 7times.az-a verilən məlumata görə, şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 15 yanvar-28 fevral tarixlərində aparılıb. İmtahanlarda ümumilikdə 3 074 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanlar saat 12:00-da başlanır: “İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 11:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır”.