Cəmiyyət

DİM-in keçirdiyi qəbul imtahanları başa çatdı

DİM-in keçirdiyi qəbul imtahanları başa çatdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə keçirilən qəbul imtahanları başa çatıb. 

DİM-dən 7times.az-a bildirilib ki, imtahanlar saat 12:00-da başlayıb və 90 dəqiqə ərzində aparılıb. İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 30 sual olmaqla, ümumilikdə 60 qapalı tipli tapşırıq təqdim edilib. İmtahan nəticələrinin sabah günün ikinci yarısında DİM-in saytı vasitəsilə elan olunması nəzərdə tutulur.

İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.