Ölkə

DİM xəbərdarlıq etdi – sənədlərini təsdiqləyən bakalavrlar ARTDI

DİM xəbərdarlıq etdi – sənədlərini təsdiqləyən bakalavrlar ARTDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, magistratura imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.

7Times.az  xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin 29 yanvar saat 14:30-a olan məlumatına əsasən, 18097 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 16693; rus bölməsi – 1404).

964 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək.