Sosial

DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara – Xəbərdarlıq

DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara – Xəbərdarlıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Bakıda bir qrup qadının 8 Mart Beynəlxalq Qadınlar günündə yürüşə hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov 7times.az-a açıqlamasında bildirib ki, yürüşün paytaxtın Fəvvarələr meydanından başlayaraq Azad qadın heykəlinə kimi keçirilməsi, “8 marş – Haqlarımız uğrunda!” şüarının səsləndirilməsi nəzərdə tutulub.

“Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyaya icazə verilmir. Xüsusən xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır. Əgər bu istiqamətdə hər hansı addım atılarsa, polis bunun qarşısını alacaq”, – deyə E.Zahidov bildirib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti də yürüşün keçirilməsinə razılıq verməyib.