Mayın 27-də və 28-də daxili işlər orqanlarının əməkdaşları ölkə ərazisində 129, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7Times.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.
Follow @7timesaz