Lənkəranlı ruhaniyə xəbərdarlıq edildi
Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə bu gün “Facebook” profili vasitəsilə canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb.
7Times.az xəbər verir ki, bu barədə məlumatı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev verib.
O bildirib ki, bununla əlaqədar Axundzadəyə rayon hüquq-mühafizə orqanları tərəfindən rəsmi xəbərdarlıq edilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları izah olunub:
“Qeyd olunanları nəzərə alaraq, vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində dini mərasimlərinin keçirilməsində Operativ Qərargahın tələb və qaydalarına, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələrinə hər bir şəxs ciddi əməl etməlidir”.
Follow @7timesaz