Maraqlı

Din xadimindən ŞOK AÇIQLAMA: “Allahın bəşəriyyətə verdiyi gözəl şeylərdən biri…”

Din xadimindən ŞOK AÇIQLAMA: “Allahın bəşəriyyətə verdiyi gözəl şeylərdən biri…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katoliklərin ruhani lideri Papa Fransisk sənədli filmdə seksin fəzilətlərini tərifləyərək, bunu “Allahın bəşəriyyətə verdiyi gözəl şeylərdən biri” adlandırıb.

86 yaşlı Papanın açıqlamaları ötən il Romada 10 gənclə keçirdiyi görüşdən bəhs edən sənədli filmi “The Papa Answers”də yer alıb.

Fransisə LGBT hüquqları, abort, porno sənayesi, seks, inanc və Katolik Kilsəsində cinsi istismar da daxil olmaqla müxtəlif mövzularda suallar verilib. Papa Fransiskin LGBT şərhi müzakirələrə səbəb olub. O, “homoseksuallıq cinayət deyil”, “bütün insanlar Allahın övladlarıdır”, “Allah heç kəsi rədd etməz, Allah atadır”, “kilsənin cinsi seçimə görə kiməsə ayrıseçkilik etmək haqqı yoxdur” ifadələrini işlədib.

Abort məsələsində Papa Fransisk bildirib ki, keşişlər hamiləliyini sonlandıran qadınlara qarşı “mərhəmətli” olmalıdırlar, lakin bu qəbuledilməzdir.

Papanın sözləri Vatikanın rəsmi qəzeti “L’Osservatore Romano” tərəfindən dərc edilib, Papanın gənclərlə çıxışı “açıq və səmimi dialoq” kimi qiymətləndirilib.

Mənbə: Euronews