İdman

“Dinamo” da Mahiri istəyir – Yeni iddia

“Dinamo” da Mahiri istəyir – Yeni iddiabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiyanın Zaqreb “Dinamo”su “Legiya”nın futbolçusu Mahir Emrelini transfer etmək istəyir.

7Times.az xəbər verir ki, bu barədə Xorvatiyanın “Sportske” nəşri məlumat yayıb.

Bildirilib ki, bu transfer Zaqreb klubuna aşağı məbləğə başa gələ bilər. Çünki Varşava təmsilçisinin “Dinamo”ya 1,2 milyon avro borcu var. Polşa klubu bu mövsümün əvvəlində Xorvatiyanın yüksək liqa təmsilçisindən 1,4 milyon avroya aldığı hücumçu Lirim Kastrati üçün qarşı tərəfə hələlik cəmi 200 min avro ödəyib.

Buna görə “Dinamo” 2 milyon avro qiyməti olan Emrelini daha aşağı məbləğə transfer etmək istəyir. Tərəflər razılığa gəlsələr, klub bu keçid üçün “Legiya”ya 800 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Onun adı Macarıstanın “MOL Fehervar” və Yunanıstanın “Aris” klubu ilə də hallanır.

Əlavə edək ki, “Dinamo” Xorvatiya çempionatında 1-ci pillədə qərarlaşıb.