İqtisadiyyat

DİQQƏT: “Aİ-92” markalı benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR – BAHALAŞMA…

DİQQƏT: “Aİ-92” markalı benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR – BAHALAŞMA…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda benizin qiyməti növbəti dəfə bahalaşıb. Belə ki, “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub.

Bəs görəsən “Aİ-92” benzinin də qiyməti arta bilərmi?

Mövzu ilə Redaktor.az-ın sualını iqisadçı Rəşad Həsənov cavablayıb. O bildirib ki, bu il ərzində sözügedən benzinin qiymətində artım gözlənilmir:

“Təcrübə göstərir ki, Azəraycanda istehsal olunan “Aİ-92” markalı benizinin qiyməti dövlət büdcəsi üzərində ciddi risklər yarandıqda bahalaşır. Həmçinin, SOCAR-ın böyük maliyyə kəsir riski zamanı bənzər qərarlar qəbul edilir. Bu il ərzində “Aİ-92″ markalı benizinin qiymətində artım ilə bağlı qərarın qəbul edilməyəcəyini düşünürəm. Çünki bunun sosial fəsadları çox böyükdür. Bu il qiymət artımı ilə bağlı kifayət qədər qərarlar olub. Ailə büdcəsi üzərində böyük maliyə yükü formalaşıb. Ona görə də belə bir bahalşmanın olacağını düşünmürəm”.