Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 7times.a-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ASC istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə edir.
Follow @7timesaz