Cəmiyyət

DİQQƏT: Kirayə ev vermək adı ilə vətəndaşlar aldadılır – Fotolar

DİQQƏT: Kirayə ev vermək adı ilə vətəndaşlar aldadılır – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup şəxs əlbir olaraq kirayə ev vermək adı ilə vətəndaşları aldadır.

7times.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, elan saytlarında kirayə ev elanı verən şəxs vətəndaşları aldadaraq onlardan pul alıb, sonra isə yoxa çıxıb.

Belə ki, kirayə evdə hazırda xanımların qaldığını və evi yenidən kirayə tutmaq üçün öncədən ödəniş verilməsinin lazım olduğunu bildiriblər.

Dələduzlar evdə kirayə qalacaq şəxslərin etimadını qazanmaq üçün onlara şəxsiyyəti təsdiq edən sənədin fotoşəklini göndərən şəxs bank kartının şəklini göndərərək evin əldən çıxmaması üçün onlardan 200 manat ödəniş etməyi tələb ediblər. Ödəniş edildikdən sonra isə onlar əlaqə telefonlarını bağlayaraq yoxa çıxıblar .

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-nin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, məsələ barədə məlumatlıdırlar:

“Artıq sözügedən məsələ ilə bağlı araşdırma aparılır”.