Cəmiyyət

Direktor və müəllim işdən qovuldu – İntim video qalmaqalı

Direktor və müəllim işdən qovuldu – İntim video qalmaqalıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-etik hərəkətlərə yol verən Əzizkənd ictimai məktəbinin A.N adlı müəllimi işindən azad olunub.

7times.az-ın xəbərinə görə, bu barədə 24News.ge portalına Marneuli Təhsil Resurs Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, sözügedən qərar məktəb rəhbərliyi tərəfindən verilib.

Qeyd edək ki, məktəbin keçmiş direktoru Z. Qocayev bir neçə ay əvvəl Marneuli Təhsil Resurs Mərkəzinə rəhbər təyin edildikdən sonra, onun müəllimə A.N ilə məktəb binasında və digər yerlərdə çəkilmiş intim görüntüləri yayılıb.

Bundan sonra Z. Qocayev tutduğu vəzifəsindən istefa verib və şəxsi görüntülərin qanunsuz çəkilməsi, yayılması iddiası ilə DİN Z.Qocayev barəsində cinayət işi açıb.

Hazırda o girov müqabilində sərbəst buraxılıb.