Bu günlərdə Ermənistan mətbuatında qədim türk mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyat növlərindən biri olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə dair UNESCO-ya müraciət etmək üçün hazırlıqlara başlaması barədə məlumat yayılıb.
Bu söz qədim türk-Azərbaycan tarixinə malikdir. Ədəbiyyatımızdan bəllidir ki, XV əsrin ortalarında yazılmış Qayğılı Abdala məxsus bir şeirdə “baklava” haqqında belə deyilmişdir:
“İki yüz təpsi baklava, içində
Kimi badəm, kimi mərcimək olsa”;
Həmçinin XVII əsrə aid bir türk mahnısında da “baklava” sözünə rast gəlinir:
Dərdə dəvadır baklava,
Cana şəfadır baklava,
Yiyəmmədim doyunca,
İbrət-nümadır baklava.
Bütün bunlar onu göstərir ki, həmin dövrlərdə belə “baklava” artıq türk mətbəxinin tanınmış şirniyyatlarından olmuşdur.
Baklava/paxlava sözünün türk dilinə aid və şirniyyat növü olaraq türk xalqlarının mətbəx mədəniyyəti nümunəsi olduğunu bir sıra xarici ölkələrin alim və tədqiqatçıları da öz əsərlərində qeyd etmişlər.
Ermənilərin bu kimi mənimsəmə təşəbbüsü ilk hal deyil. Milli dəyərlərimizin beynəlxalq aləmdə tanıdılması mühüm addımdır və dövlət tərəfindən bu istiqamətdə kifayət qədər işlər görülür. Bununla yanşı hər bir vətəndaş öz sferasında təbliğat işini aparmağı bacarmalıdır.
Sözün tarixi ilə yanaşı, 7Times.az illərdir turizm sahəsində xidmət verən restorator Nazim Əzizovla birgə məhz bu mövzunu əsas tutaraq , turistlərə, ölkəmizə gələn qonaqlara təbliğat işinin necə aparılması ilə bağlı müəyyən nüansları araşdırıb. Eyni zamanda kulinariyamızın incilərindən olan paxlavanın ermənilər tərəfindən mənimsənilməsinin mümkünsüzlüyünü açıqlayıb.
Rəna İbrahim
Follow @7timesaz