ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühakimə olunduğu iddiada tələb olunan sənədləri təqdim etmədiyi üçün cəzalandırılıb.
Sfera.az bildirir ki, Tramp aktivlərinin dəyəri ilə bağlı dəqiq rəqəmlər göstərməkdən imtina edib.
ABŞ-ın Nyu-York şəhərində yerləşən Manhetten Ali Məhkəməsinin hakimi Artur Enqoron Trampın məhkəməyə hörmətsizlik etdiyini əsas gətirərək onu pul cəzasına məhkum edib. Onun məhkəmənin tələblərini yerinə yetirənə qədər gündə 10 min dollar ödəməsinə qərar verilib.
Donaldın vəkillərindən Alina Habba qərara etiraz edəcəyini deyib. “Çağırış vərəqəsinə cavab verən bütün sənədlər aylar əvvəl baş prokurora təqdim edilib. Bu, məhkəməyə hörmətsizlik standartına uyğun gəlmir”, – deyə bildirib.Qeyd edək ki, Nyu-Yorkun baş prokuroru Letitia Ceyms biznes təcrübələri ilə bağlı davam edən mülki araşdırmada sənədləri məhkəməyə vermədiyi üçün Trampın cərimələnməsini tövsiyə etmişdi.
Follow @7timesaz