Cəmiyyət

Dövlət tövləyə bağlanan qadını himayəyə götürdü

Dövlət tövləyə bağlanan qadını himayəyə götürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə və mediada tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə videosu yayılan Gədəbəy rayonu Novoivanovka kənd sakini, 87 yaşlı Səkinə Həsənovanı dövlət öz himayəsinə götürüb.

7times.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

“Səkinə nənə əmin əllərdədir. O, artıq Sosial Xidmətlər Agentliyinin müəssisələrindən birinin sakinidir”, – o qeyd edib.

Qeyd edək ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

Bu gün fakta görə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.