Maraqlı

Dovşan ilində bunları etsəniz pulunuz artacaq – Ekstrasenslərdən məsləhət

Dovşan ilində bunları etsəniz pulunuz artacaq – Ekstrasenslərdən məsləhətbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərq təqviminə görə qarşıdan gələn 2023-cü il Qara su Dovşanı (Pişik) ilidir. Yeni il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə deyil, 2023-cü il yanvarın 22-də gələcək. Hər il olduğu kimi, Qara Su Dovşanı ilinin də öz əlamətləri var. Bayrama hazırlıq zamanı onlara riayət etməyin uğur gətirəcəyi deyilsə də, burada əsas şərt inanmaqdan keçir.

Dovşan ailəcanlılıq əlamətidir, mehriban və mülayimdir. Sülhü, xoş ünsiyyət, uşaqları, ailədə isti münasibətləri sevir. Evlilik bağları sevgi və hörmətə əsaslanan güclü və etibarlı il olacaqdır. Eyni şey yalnız toy arzusunda olanlara da aiddir. Dovşan rifahı sevir, buna görə də onu cəlb etmək üçün sadə rituallar aparmaq vacibdir.

Metbuat.az məşhur rus ekstrasenslərinin dovşan ili bağlı rituallarını təqdim edir:

Pul yığmaq üçün məsləhətlər

2023-cü ildə kifayət qədər pula sahib olmaq, onları cəlb etmək üçün sizə bir neçə qaydanı bilmək lazımdır:

1)Hər bir ailə üzvünün cüzdanına böyük məbləğdə pul qoymaq lazımdır.

2) Yeni ildən əvvəl bütün borcları ödəmək vacibdir.

3) Kimsə sizə borcludursa, pulunuzu geri almaq yaxşı olardı.

4)Milad ağacını kağız pul və şirniyyatlarla bəzəyin.

5) Sikkələr Milad ağacına da asıla bilər, lakin bunun üçün onları folqa ilə bükmək və sikkələrin budaqlarda qalması üçün asılqanlar əlavə etmək lazımdır.

Uğuru necə cəlb etmək olar?

Bunun üçün istəklərinizi kağıza yazıb yandıraraq külünü şampan və ya hər hansı bir içki ilə qarışdırıb içsəniz, evə uğur gələcəkdir. Bu ritualı gecə 12-də zəng vuranda etməlisiniz. Bu zaman evə uğur və xoşbəxtlik daxil olacaqdır.

Yeni ildə nəyi etmək olmaz?…

Bayramdan əvvəl evi təmizləmək adətdir. Bu yaxşı bir ənənədir, lakin bunun da düzgün edilmə qaydası var. Əgər sizin qabyuyan və mətbəxinizdə “keçən ildən” yuyulmamış dağ kimi yığılıb qalan qablar varsa, bayram süfrəsi arxasında oturmaq yaxşı deyil. Həm pişik həm də dovşan ilinin görüşünə hazırlaşanlar, “keçən ilki” zibildən, qırıq qablardan, köhnə köhnəlmiş əşyalardan və ayaqqabılardan xilas olmalıdırlar.

Hazırladı: Aidə Fərzəliyeva / Metbuat.az

Bunları da oxuyun:

2023- cü ilin astroloji proqnozu: