“Lənkəranın Yuxarı Nüvədi kəndində yaşayan 1990-cı il təvəllüdlü Rəmziyyə Qurbanova qayınanası 1946-cı təvəllüdlü Girdənaz Qurbanovadan şikayətçi olmadığını bildirib”.
7times.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, gəlin həmçinin ekspertizadan keçməkdən də imtina edib:
“O, aldığı xəsarətlər və hamilə olub-olmaması ilə bağlı ekspertizaya dəvət edilib. Lakin bundan imtina edib və qayınanasından şikayətçi olmadığını deyib. Gəlinin əri isə polisə ailə işinə qarışmamağı tövsiyə edib”.
DİN-in məlumatında bir daha bildirilib ki, qayınana ruhi xəstədir və araşdırma nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, gəlinin qayınanası tərəfindən döyülməsi sosial şəbəkələrdə ciddi rezonans doğurub.
Follow @7timesaz