Ölkə

DSX hərbçilərinin maaş artımı TƏSDİQLƏNDİ

DSX hərbçilərinin maaş artımı TƏSDİQLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

 

7Times.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

 

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

 

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Qeyd edək ki, ötən ilin noyabr ayında imzalanan fərmanla Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Fərmanla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.