Cəmiyyət

Dünən şəhid xəbəri gələn əsgərimiz dəfn edildi – FOTOLAR

Dünən şəhid xəbəri gələn əsgərimiz dəfn edildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində Füzuli istiqamətində itkin düşmüş 19 yaşlı şəhd əsgər Əmirağa Mahir oğlu Ağayev bu gün doğulduğu Şabran rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

7times.az xəbər verir ki, dəfn mərasimində böyük izdiham yaşanıb. Mərasimdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqannlarının, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəsmiləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Qeyd edək ki, iki bacının bir qardaşı olan Vətən müharibəsinin şəhid əsgəri,19 yaşlı Əmirağa Ağayev Şabran rayonunun Surra kəndində anadan olub. 2020-ci ilin iyul ayında Şabran rayonundan hərbi qulluğa yollanan Əmirağa Ağayevin Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşdüyü deyilirdi və oktyabr ayının 10-dan bəri ondan heç bir xəbər yox idi.

Allah rəhmət eləsin!

7times.az 

Müşfiq Qərib